“Roma”nın keçmiş hücumçusu Françesko Totti dünyanın bir nömrəli tennisçisi Yannik Sinnerin reytinqdəki mövqeyinə görə qismən ona borclu olduğunu bildirib.

“Bəlkə də siz güləcəksiniz, amma o mənimlə padel oynamağa başlayandan sonra dünyanın bir nömrəsi olub. Bunun təsadüf olduğunu düşünmürəm. Onunla bir neçə dəqiqə padel oynadım, iki-üç texniki fənd göstərdim, hər şeyi başa düşdü və çevrilib getdi. Həmin oyun Yannikə inam və pozitivlik verdi. Həmin vaxtdan o bu inamı itrməyib. Belə deyək də, Yannikin US Opendə çempion olmasında mənim də 1% payım var”, – deyə Françesko Totti “Sky Sport”a müsahibəsində deyib.

Xatırladaq ki, Yannik Sinner 2024-cü il ABŞ Açıq Çempionatının finalında amerikalı tennisçi Teylor Fritsi 6:3, 6:4, 7:5 hesabı ilə məğlub edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp