İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Dani Olmo 5-ci turda “Jirona” ilə oyunda zədələnib.

Futbolinfo.az AS-a istinadən xəbər verir ki, Ktaloniya təmsilçisinin 4:1 hesablı qələbə qazandığı görüşdə bir qol müəllifi olan milli üzvü 61-ci dəqiqədə bud nahiyəsindən aldığı zədədən sonra əvəzlənib.

O, bu səbəbdən təxminən iki həftə sıradan çıxa bilər. 26 yaşlı yarımmüdafiəçinin “Barselona”nın UEFA Çempionlar Liqasında “Monako” və İspaniya çempionatında “Vilyarreal” komandalarına qarşı oyunları buraxacağı gözlənilir.

Olmo “Barselona”ya bu ilin avqustunda “Leypsiq”dən transfer olunub. Yarımmüdafiəçi kataloniyalıların heyətində meydana çıxdığı 3 oyunda 3 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp