“Nyukasl” Leroy Saneni heyətinə qatmaq istəyir. Almaniya millisinin üzvü “sağsağanlar”ın yeni mövsümdəki əsas hədəfidir.

Futbolinfo.az xəbər verir ki, “Bayern”lə yeni müqavilə imzalamaqdan boyun qaçıran cinah hücumçusu klubu dəyişmək niyyətindədir. İngiltərə təmsilçisini də məhz bu amil maraqlandırır. Onların yüksək transfer haqqı ödəmək niyyəti yoxdur və yalnız sərbəst oyunçu olacağı halda Saneyə təklif göndərəcəklər.

28 yaşlı futbolçu daha öncə 4 il “Mançester Siti”də oynayıb və yenə Premyer Liqaya can atır. Münhen klubu 2020-ci ilin yayında onun üçün 49 milyon avro ödəmişdi. Cari mövsümün sonunda müqaviləsi bitəcək Leroy yeni anlaşma imzalamaq istəmir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp