“Real” Alfonso Devisin transferni yekunlaşdırmaq üzrədir. Madridlilər “Bayern”dən ayrılmağa qərar verən sol cinah müdafiəçisi ilə anlaşıb.

Futbolinfo.az xəbər verir ki, hazırda tərəflər son bir neçə kiçik detalı dəqiqləşdirməklə məşğuldur. Tam razılıq əldə olunduqdan sonra ilkin müqavilə imzalanacaq.

Futbolçu hazırda “Bayern”ə məxsusdur. Münhenlilərlə yeni müqavilə imzalamaqdan boyun qaçıran kanadalı mövsümün bitməsini gözləyir. Qaydalar anlaşmanın btiminə 6 ay qalarkən futbolçunun başqa klubla ilkin müqavilə bağlamasına imkan verir. Devis də “Real”la bütün şərtləri razılşadırıb yanvarda imza atmaq niyyətindədir. Yayda isə o, “Real”a qoşulacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp