“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın futbolinfo.az saytına müsahibəsi

– Son turda “Kəpəz” üzərində 1:0 hesablı qələbə qazandınız. Rəqibin autsayder olmasına baxmayaraq, sanki çətinlik çəkdiniz…

– Bəli, qalib gəldik, amma çox ağır oyun idi. Epizod yaratmağa çalışırdıq, amma sonluqda nəsə çatışmırdı. Komandaya görə şadam. İstənilən halda, qalib gələ bildik. Rəqibin hansı pillədə olması vacib deyil. Hamı qalib gəlmək istəyir. Hər şeyə, hər zaman hazır olmaq lazımdır.

– Çempionatın startından sonra 10 xal yığmısız. Bunu gözləyirdiniz?

– Bu xoşdur. Amma biz hədəfimizə çatmağa fokuslanmışıq və irəliləyirik.

– Ötən mövsüm də çempionata yaxşı başlamışdınız, amma sonradan vəziyyət dəyişdi, ardıcıl məğlubiyyətlər oldu. Bu il eyni ssenarinin yaşanmasından qorxmursuz?

– Əsas olan öz yolunda getməkdir və geriyə baxmamaqdır. Düzgün çıxarışlar etmək və hər oyunda maksimumu etmək lazımdır. Komanda ilə birlikdə hər şeyin alınacağına inanıram.

– Rəqib baş məşqçi Azər Bağırov sizə yaxşı tanışdır, bir yerdə çalışmısız. Sizcə, o, “Kəpəz”i bu durumdan xilas edəcək?

– Bəli, biz birlikdə işləmişik. O, yaxşı məşqçidir və yaxşı insandır. Fikrimcə, komandadakı vəziyyəti düzəldəcək.

– Konkret olaraq avrokubok hədəfiniz var?

– Çempionat hələ yeni başlayıb. Biz olduqca yuxarı pillədə qərarlaşmaq istəyirik. Amma daha çox işləməliyik.

– Qarşıda ağır “Turan Tovuz” səfəriniz var. Turnir cədvəlinin lideri ilə oyundan xalla ayrıla biləcəksiz?

– Oyuna hazırlaşırıq. Məşqçilər korpusu rəqib haqda bütün informasiyaları bizə verir. Bilirik ki, çətin olacaq. Amma biz meydanda hər şeyə hazır olmalıyıq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp