Azərbaycanın futzal millisinin Çexiya ilə yoldaşlıq matçları üçün yekun heyəti açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Vitali Borisov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq.

Komanda sabah səhər saatlarında Bakı – Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə gedəcək.

NAd, soyadKlub
1Emin Kürdov (q)Araz-Naxçıvan
2Vladislav Reznov (q)Araz-Naxçıvan
3Kamran Hacıyev (q)Baku Fire
4Emil HəsənzadəAraz-Naxçıvan
5Xəzər AğalızadəAraz-Naxçıvan
6İlham AlıyevAraz-Naxçıvan
7Tofiq MikayılovBaku Fire
8Murad QuluzadəBaku Fire
9Oktay RüstəmliBaku Fire
10Fərid AbbasovBaku Fire
11Eldar ZeynalovNeftçi İK
12Ülvi ƏliyevAraz-Naxçıvan
13Mirzə ƏmirovNeftçi İK

Qeyd edək ki, milli sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə yoldaşlıq görüşləri keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp