“Qəbələ” daha bir transferini gerçəkləşdirib.

Futbolinfo.az xəbər verir ki, əyalət klubu Elşad Tağıyevlə anlaşıb.

“Qəbələ” akademiyasının yetirməsi olan 23 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Futbolçu daha öncə “Turan Tovuz” və “Səbail”in əsas komandalarında çıxış edib. “Neftçi”nin əvəzedici heyətində də forma geyinən Elşadın son komandası “Şamaxı” olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp