İspaniyanın “Real” klubunun futbolçusu Brahim Dias zədələnib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi La Liqanın 5-ci turunda “Real Sosyedad”la oyunda (2:0) sağ budundan zədələnib. Bu səbəbdən o, matçın 25-ci dəqiqəsində Rodriqo ilə əvəzlənib.

“Marca”nın məlumatına görə, yarımmüdafiəçinin sağalma prosesi üç ay çəkə bilər.


Dias cari mövsümdə İspaniya çempionatında meydana çıxdığı 5 matçda 1 qol vurub və məhsuldar ötürmə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp