“Bayern”in direktoru Maks Eberl Conatan Tanın mümkün transferi barədə danışıb. Daha doğrusu, o, bu barədə sualdan yayınmağa çalışıb.
Futbolinfo.az xəbər verir ki, Münhen klubunun rəsmisi transfer etmək istədikləri mərkəz müdafiəçisinin məsələsini şərh etməyib: “Ta ilə hər hansı anlaşmamız yoxdur. O, Almaniya millisində və “Bayer”də çox yaxşı çıxış edir. Deyiləcək başqa sözüm yoxdur. Kim və Upamekanonun çıxışından son dərəcə məmnunuq, başqa mərkəz müdafiəçisi axtarmırıq”.
Qeyd edək ki, Tanın “Bayer”lə müqavləsi gələn yay başa çatacaq. Leverkuzenlilərin yeni təklifini qəbul etməyən oyunçunun “Bayern”ə keçəcəyi, hətta tərəflərin artıq razılaşdığı haqda xəbərlər dolaşır.