“Real” daha bir futbolçusu ilə müqavilənin müddətini artırmağa hazırlaşır. Ferlan Mendi klubla bütün şərtləri razılaşdırıb.

Futbolinfo.az xəbər verir ki, sol cinah müdafiəçisi gələn yay bitəcək müqaviləsinin müddətini daha iki il uzadacaq. 29 yaşlı Seneqal əsilli fransalı çoxsaylı təkliflərə rəğmən, Madriddə qalmağı lazım bilib. İspaniya nəhəngi onu maaşını artırmaqla razı salıb.

5 ildir “Real”da çıxış edən Ferlanın İngiltərə, Fransa və ərəb ölkələrindən təklifi var idi. Yeni müqavilənin bu həftə rəsmən açıqlanması gözlənilir.

Shares: