Oskar Çindən ayrılır. Məşhur braziliyalı mövsümün sonunda “Şanxay Port”u azad agent kimi tərk edəcəyini açıqlayb.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı braziliyalı dekabrın son günü bitəcək anlaşmanı yeniləməmək qərarı verib. O, 2017-ci ilin yanvarından bəri formasını geydiyi klubu 235 matçda 72 qol və 131 məhsuldar ötürmə ilə tərk edir.

5 il oynadığı “Çelsi”dəki çıxışından tanıdığımız Oskar hələ karyerasını bitirmək fikrində deyil. O, yeni təkliflər gözləyəcək.

Shares: