Xorvatiyalı müdafiəçi Deyan Lovren karyerasını Yunanıstanda davam etdirəcək.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, PAOK 35 yaşlı futbolçunun yeni iş yeri olub.
Tərəflər 2026-cı ilin ortalarına qədər davam edəcək müqavilə bağlayıblar. Lovren Yunanıstan klubunda 6 nömrəli forma geyinəcək.
Lovrenin əvvəlki klubu Lion “Olimpik”i olub.