Türkiyə Super Liqasında 5-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün son bir oyun baş tutub.
“Antalyaspor” doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb və çətin qələbəyə sevinib.
Hazırda 13 xala malik “Fənərbaxça” vahid liderdir. “Qalatasaray” 12 xalla ikincidir, “Başakşəhər” və “Beşiktaş”ın isə 10 xalı var.
Türkiyə Super Liqası
5-ci tur
14 sentyabr
Samsunspor – Konyaspor 0:1
Qol: Pedrinyo, 30.
Sivasspor – Qaziantep 3:2
Qollar: Manay, 37. Balde, 69. Paluli, 83 – Maksim, 8-pen. Kodro, 88.
Bodrumspor – Başakşəhər 0:1
Qol: Duarte, 90+1.
Qalatasaray – Rizəspor 5:0
Qollar: D.Sançes, 3. A.Bardakçı, 25. Q.Sara, 49. Mertens, 61. B.A.Yılmaz, 80.
15 sentyabr
Kasımpaşa – Fənərbaxça 0:2
Qollar: Sent-Maksimin, 22. Tadiç, 39-pen.
Kayserispor – Eyüpspor 2:2
Qollar: A.Kocaman, 64. Nazon, 69 – Tiam, 21. Says, 36.
Alanyaspor – Hatayspor 0:0
Trabzonspor – Beşiktaş 1:1
Qollar: O.Yokuşlu, 17 – J.Fernandes, 39.
16 sentyabr
Antalyaspor – Adana Dəmirspor 2:1
Qollar: S.Larsson, 50. Samudio, 90+8 – S.Kavrazlı, 84.