“Real”ın müdafiəçisi Eder Militao UEFA Çempionlar Liqasında keçiriləcək “Ştutqart”la qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu bir neçə həftə əvvəl zədə alıb və bu səbəbdən “Real”ın son oyunlarını buraxıb.

Militao artıq ümumi qrupla məşqləri bərpa edib, lakin o, hələ matçlarda iştirak etməyə tam hazır deyil.

Militao 2019-cu ildə “Portu”dan “Real”a keçib. 26 yaşlı müdafiəçi Madrid klubu ilə 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Shares: