“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan “Tottenhem” UEFA-nın qoyduğu şərtlərin əleyhinə çıxıb.
Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubu avrokuboklarda səfər oyununa gedən azarkeşlər üçün bilet satışı zamanı qiymətlərə məhdudiyyət qoyulmasını istəmir.
Məsələ burasındadır ki, qitə futbol qurumunun qərarına əsasən, yeni formatda baş tutacaq Çempionlar Liqası oyunlarına 50, Avropa Liqası matçlarına 33,70, Konfrans Liqası qarşılaşmalarına isə qonaq komanda azarkeşləri üçün biletlərin maksimum qiyməti 16,85 funt-sterlinq təşkil etməlidir. Azarkeşlərinin səfər oyunları zamanı daha çox gəlir əldə edəcəyini düşünən “Tottenhem” rəhbərliyi UEFA-nın bu qərarını dəstəkləməyən 3 klubdan biri olub.
Qeyd edək ki, Avropa Liqasının ilk turu çərçivəsində sentyabrın 26-da “Tottenhem”lə “Qarabağ” Londonda üz-üzə gələcəklər.