UEFA Avropa Liqasında ilk oyununu “Qarabağ”a qarşı keçirəcək “Tottenhem”də daxili problemlər baş qaldırıb.
Futbolinfo.az “Guardian” nəşrinə istinadən xəbər verir ki, komandanın uğursuz nəticələri rəhbərliyi narahat edir. Təsadüfi deyil ki, London təmsilçisi Premyer Liqada mövsümün ilk 4 turunda cəmi 4 xal toplayıb. Ümumilikdə isə komanda Ange Postekoqlunun rəhbərliyi altında son 32 liqa matçında aktivinə 44 xal yazdırıb.
Komandanın, xüsusən də, Premyer Liqada getdikcə uğursuz nəticələr göstərməsi yunanıstanlı mütəxəssisin postunun laxlamasına da səbəb olub. “Tottenhem” qeyri-stabil nəticələri davam etdirsə, Postekoqlu hətta qış fasiləsini də London klubunda görməyə bilər.
Qeyd edək ki, “Tottenhem” Avropa Liqasında ilk oyununu sentyabrın 26-da evdə “Qarabağ”a qarşı keçirəcək.