İtaliya A Seriyasında 4-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.
“Parma” – “Udineze” matçında qonaqlar, “Latsio” – “Verona” matçında isə meydan sahibləri qələbə qazanıblar.
Hazırda 10 xala malik “Udineze” vahid liderdir. “Napoli” 9 xalla 2-cidirsə, “İnter”, “Yuventus” və “Torino”nun 8 xalı var.
İtaliya A Seriyası
4-cü tur
14 sentyabr
Komo – Bolonya 2:2
Qollar: Kasale, 5-öz qapısına. Kutrone, 53 – Kastro, 76. İ.Junior, 90+1.
Empoli – Yuventus 0:0
Milan – Venesiya 4:0
Qollar: T.Ernandes, 2. Fofana, 16. Pulişiç, 25. T.Abraham, 29-pen.
15 sentyabr
Cenoa – Roma 1:1
Qollar: De Vinter, 90+6 – Dovbik, 37.
Atalanta – Fiorentina 3:2
Qollar: Reteqi, 21. De Ketelare, 45. Lukman, 45+1 – Martines Quarta, 15. M.Kin, 32.
Torino – Leççe 0:0
Kalyari – Napoli 0:4
Qollar: Di Lorenso, 18. Kvaratsxeliya, 66. Lukaku, 70. Boncorno, 90+3.
Montsa – İnter 1:1
Qollar: Mota, 81 – Dumfris, 88.
16 sentyabr
Parma – Udineze 2:3
Qollar: Del Prato, 2. Bonni, 43 – Lukka, 49. Toven, 68; 77.
Latsio – Verona 2:1
Qollar: Dia, 5. Kastelyanos, 20 – Tengstedt, 7.