“Sabah” basketbol komandası bu gün FIBA Çempionlar Liqasında mübarizəyə start verəcək. Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək.

Bu raundun 1/4 final görüşü Türkiyənin Antalya şəhərindəki “Gloria Sports Arena”da təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp