“Mayami Hit” komandasının çalışdırıcısı Erik Spoelstra “CBS Sports” tərəfindən MBA-nın ən yaxşı baş məşqçisi seçilib.

53 yaşlı Spoelstra 2008-ci ildən Mayamiyə rəhbərlik edir. O, komandanı iki dəfə (2012 və 2013-cü illərdə) çempion edib. Bundan başqa, Erikin rəhbərliyi altında iki dəfə komanda MBA finalında oynayıb. O, iki dəfə (2013, 2022) MBA All-Star Oyununun baş məşqçisi olub.

“CBS Sports”un versiyasına görə, MBA-da ən yaxşı 5 məşqçi bunlardır:

1. Erik Spoelstra (Mayami Hit)

2. Nik Nurs (Filadelfiya Siksers)

3. Rik Karlayl (İndiana Peysers)

4. Stiv Kerr (Qolden Steyt Vorriors)

5. Tayron Lue (Los Anceles Klippers)

Shares: