Stefano Pioli tezliklə yeni işə başlayacaq. “Əl Nəsr” boş olan baş məşqçi postuna məhz onu təyin etmək istəyir.
Futbolinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu italiyalı çalışdırıcı ilə uzun sürən danışıqlar prosesini yekunlaşdırmaq üzrədir. Tərəflər bütün məsələlərdə razılığa gəlib. Həftənin sonunadək təyinatın açıqlanması gözlənilir.
Hazırda yeganə problem Piolinin “Milan”la müqaviləsinə xitam verilməsidir. O, İtalya klubundan ayrılsa da, maaşını kompensasiya olaraq almağa davam edir. İndi məşqçi İtaliya klubu ilə yollarını birdəfəlik ayırıb yeni müqavilə bağlamalıdır.