“McLaren”in rəhbəri Andrea Stella Azərbaycan Qran-Prisində əsas rəqibləri “Ferrari” və “Red Bull”dan üstün olmadıqlarını bildirib.
“Bizim avtomobilimiz dominantlıq etmək üçün hələ də kifayət qədər sürətli deyil. Bu, Formula1-in maraqlarına uyğun olmasa da, biz bunu çox istərdik. Ona görə də avtomobilimizi daha da sürətləndirmək üzərində işləməliyik.
Hamı “McLaren”in ən yaxşı avtomobilə sahib olduğunu söyləyir. Məncə, bu belə deyil. Söhbət rəqəmlərdən getmir. Statistika “McLaren”in avtomobilinin Barselona, Macarıstan və Zandvoort kimi bəzi traslarda ən yaxşı olduğunu göstərir. Amma Azərbaycanda “McLaren”in “Ferrari” və “Red Bull” üzərində heç bir üstünlüyü yox idi”, – deyə funksioner qeyd edib.