Devis Kubokunun təşkilatçıları final turnirini İspaniyadan Çinə keçirmək üçün danışıqlar aparırlar.
Futbolinfo.az xəbər verir ki, müqavilə ITF-ə böyük pullar gətirəcək. Əsas namizəd ərizələr arasından Juhai şəhəri favorit göstərilir. Quanjou və Şenşen də namizədlər sırasındadır. Çox güman ki, Çin 2026-cı ildə pley-off oyunlarına ev sahibliyi edəcək.
ITF 2025-ci il üçün yerin hələ müəyyən edilmədiyini və 2026-cı il üçün tenderin “hələ də davam etdiyini” təsdiqləyib. Yeni yerlə bağlı elanın 2024-cü ilin sonuna qədər verilməsi gözlənilmir.
Bununla belə, “Times”ın yazdığına görə, ITF artıq 2025-ci ildə formatı dəyişdirmək qərarına gəlib: pley-off mərhələsi sentyabrda keçiriləcək 16 komandanın qrup mərhələsi ilə deyil, iki komanda arasında səkkiz görüşlə müəyyənləşəcək. Hər bir cütlükdə bir komanda ev sahibi olacaq.