AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 6-cı turunda qeydə alınan neqativ hallar qiymətləndirilib.

“Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə meydan sahibləri 800 manat cərimələnib.

“Sumqayıt”la görüşdə 4 futbolçusu sarı vərəqə alan “Şamaxı” 700 manat cəriməyə məruz qalıb. Matçda “Sumqayıt”ın futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğundan, kluba 500 manat cərimə tətbiq edilib.

Shares: