Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 6-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Zirə-2” – “Neftçi-2” oyununun 1-ci dəqiqəsində “Zirə-2” komandasının 77 nömrəli futbolçusu Fərid Kələntərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Zirə-2” komandası 150 manat cərimə edilib.
“Zirə-2” – “Neftçi-2” oyununun 78-ci dəqiqəsində “Zirə-2” komandasının 93 nömrəli futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zirə-2” komandası 50 manat cərimə edilib.