Erik ten Haq Antoninin heyətdə yer qazanmaq üçün daha çox çalışmalı olduğunu deyir. “Mançester Yunayted”in baş məşqçisi braziliyalı futbolçunun hələ istənilən səviyyədə olmadığını düşünür.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubundan gedişi gündəmə gələn, amma heyətdə saxlanılan futbolçu durumundan narazıdır. Niderlandlı mütəxəssis “Ayaks”da birgə işlədikdən sonra Mançesterə gətirdiyi cinah oyunçusundan məmnun deyil: “Antoni səbrsizdir, oynamaq istəyir və bunun üçün mübarizə aparır. Amma onun mövqeyində daha hazırlıqlı olan futbolçularımız var. Heyətə düşmək üçün daha çox çalışması lazımdır. O, məşqdə oynamağa layiq olduğunu sübut etməlidir. Digərləri daha yaxşıdır, braziliyalı onları ötməlidir”.

24 yaşlı brazilyalı 2 il öncə “Ayaks”a 95 milyon avro ödənilərək alınıb. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 3 il sonra bitəcək.

Shares: