“Kik Zauber” komandasının pilotu Quanyu Jou Sinqapur qran-prisi üçün dəbilqəsinin üzərindəki dizaynı dəyişib. Çinli sürücü öz pişiyinin şəklini dəbilqənin üstünə vurub.
Jounun pişiyinin adı “Qarğıdalı”dır.
Xatırladaq ki, dəbilqələrin üstündə xüsusi rəsmlərin çəkilməsi Formula 1-də ənənədir.
Sinqapur qran-prisi bu həftənin sonunda keçiriləcək.