Dünən ağır məğlubiyyət alan “Milan”ın baş məşqçisi Paulo Fonseka uğursuzluğun səbəblərindən danışıb. O, çempionlar Liqasının Liqa mərhələsnin ilk turundakı məğlubiyyətdən məyus olduğunu dilə gətirib.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 3:1 hesabıilə qalib gələn “Liverpul”un daha yaxşı oynadığını etiraf edib: “Böyük komandaya qarşı matça yaxşı başladıq, hesabı açdıq, əla müdafiə olunduq. Amma standart vəziyyətlər zamanı diqqətsizliyimizdən 2 top buraxdıq, hər şey dəyişdi. O zaman psixoloji cəhətdən sarsıldıq. Komanda özünə inamı itirəndə əlavə problemlər ortaya çıxır. Bizdə də belə oldu, futbolçular məşqdə etmədiyi şeyləri etməyə başladı”.
Fonseka daha çox rəqibi tərifləyib: “Futbolçularım çox səhv etdi. Həm də “Liverpul” bizimlə müqayisədə daha az dəyişikliyə uğrayıb və daha hazır komandadır. Futbolu 20 yox, 90 dəqiqə oynamaq lazımdır. Təəssüf ki, biz buraxdığımız 2-ci qoldan sonra futbol oynamağı yaddan çıxartdıq”.