“Əminəm ki, Mahir Emreli ən azı yarım saat oynaya biləcək”.

Futbolinfo.az xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze deyib.

“Mahirin əvvəldən oynayıb-oynamayacağını hələlik bilmirəm. Bu, onun üçün erkən ola bilər”, – deyə mütəxəssis bildirib.

Azərbaycanlı hücumçu “Ulm” komandasına səfərdə 2:1 hesabı ilə qalib gəldikləri 2-ci Bundesliqanın 5-ci turunun matçında iştirak ərizəsində yer alıb. “Nürnberq” sentyabrın 21-də “Herta”nı qəbul edəcək.

Shares: