“Keçid bir-iki gün içində həll olundu. Zəng etdilər ki, “Bilis” klubundan səni istəyirlər”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında karyerasını Albaniyada davam etdirəcək Amil Yunanov deyib.

31 yaşlı hücumçu Albaniya çempionatının ona tanış olmadığını bildirib: “Albaniya çempionatı mənim üçün tanış deyildi. Düzdür, daha öncə bizim futbolçulardan burada oynayan olmuşdu. Arada onların oyunlarına baxırdım. Amma mən ilk dəfədir gəlirəm. Keçid bir-iki gün içində həll olundu. Danışdıq, mənim də maraqlarıma uyğun olduğu üçün təklifi qəbul etdim və 2025-ci ilin iyununa qədər müqavilə imzaladım”.

Qeyd edək ki, Yunanov karyerası ərzində “Qəbələ”,”Keşlə”, “Sumqayıt” “Şamaxı”, “Səbail” və “Kəpəz”də çıxış edib.

GÜNAY SÜLEYMANOVA

Shares: