“Visa RB” komandası rəsmi tərəfdaşı “Hüqo” ilə birlikdə Sinqapur Qran-prisi üçün avtomobil dizaynının qeyri-adi versiyasını hazırlayıb.
Yeni dizayn həmçinin sürücülərin kombinezonları və işçilərin formasında da özünü göstərəcək. Komandanın bütün işçiləri cins formada olacaqlar. Bolid isə cins şalvarların tikildiyi klassik parçanın rənginə bürünəcək.
Komandanın pilotları Daniel Rikkardo və Yuki Tsunoda bununla bağlı öz fikirlrini bildiriblər. Daniel Rikkardo müsahibəsində Formula 1-in biznes üçün geniş imkanlar açdığını qeyd edib.