Boban Maryanovic rəsmən “Fənərbağça”nın oyunçusu olub. Türkiyə klubu serbiyalı mərkəz basketbolçusu ilə 1 illik müqavilə imzalayıb.
36 yaşlı Maryanovic “Hyuston”da 2023/24 mövsümünü başa vurduqdan sonra azad agent olub. Avqust ayında 224 sm boya malik basketbolçu MBA-dan təklif gözlədiyini, eyni zamanda digər mümkün variantları nəzərdən keçirdiyini söyləmişdi.
Boban 2015-ci ildən sonra ilk dəfə Avropaya qayıdacaq. O zaman Maryanoviç ölkəsinin “Srvena Zvezda” klubunda çıxış edərək Avroliqanın ilk rəmzi yığmasına da düşmüşdü.