“Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Futbolinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi ötən mövsümü Türkiyənin “Kocaelispor” klubunda keçirmiş gürcüstanlı futbolçu Georgi Xaraişvili ilə 1+2 illik müqavilə imzalayıb.

28 yaşlı yarımmüdafiəçi yeni komandasında 12 nömrəli formada çıxış edəcək.

“Sumqayıt” bunadək Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias və Miloş Miloviçin keçidini reallaşdırıb.

Shares: