Xorvatiyalı məşhur futbolçu İvan Perişiç karyerasını Niderlandın PSV klubunda davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı yarımmüdaifəçinin müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.


Perişiç karyerası ərzində İtaliyada “İnter”, Almaniyada “Bayern”, İngiltərə “Tottenhem” kimi klubların formasını geyinib. Təcrübəli oyunçu son olaraq ölkəsində “Hayduk”un uğurları üçün çalışıb. O, baş məşqçi Cennaro Qattuzo ilə münaqişə səbəbindən komandadan ayrılmışdı.

Yarımmüdafiəçi 2018-ci ildə Xorvatiya yığması ilə dünya çempionatında gümüş, 2022-ci ildə isə bürünc medal əldə edib.

Shares: