İsveçin “Malmö” klubunun bir futbolçusu UEFA Avropa Liqasında ilk 4 oyunu buraxacaq.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, söhbət mərkəz müdafiəçisi Niklas Moysanderdən gedir.

Dizindən əməliyyat keçirən Finlandiya millisinin üzvü iyuldan bəri heç bir matçda iştirak etməyib. Son həkim müayinəsinin ardından 38 yaşlı oyunçunun ən yaxşı halda noyabrın sonlarında komandasına kömək edə biləcəyi açıqlanıb. Bu isə o deməkdir ki, Moysander Avropa Liqasının Liqa mərhələsində “Reyncers”, “Qarabağ”, “Olimpiakos” və “Beşiktaş”la görüşləri buraxacaq.

Qeyd edək ki, “Qarabağ”la “Malmö” arasında 2-ci tur matçı oktyabrın 3-də Bakıda keçiriləcək.

Shares: