“Tottenhem” UEFA Avropa Liqasının I turunda “Qarabağ” önündə ideal heyətlə çıxmayacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, təqvim sıxlığı baş məşqçi Ange Postekoqlunu diqqəti daha çox İngiltərə Premyer Liqasına yönəltməyə vadar edib. Bu səbəbdən ölkədaxili digər turnirlərdə və Avropa Liqası matçlarında əsasən ehtiyat qüvvəyə şans veriləcək.

Postekoqlu özü də açıqlamasında bu mövsüm gənclərə çox şans verəcəyini bildirib. Bu baxımdan o, yarımmüdafiəçilər isveçli Lukas Berqvall, fransalı vinger Uilson Odobert və ingiltərəli orta sahə oyunçusu Arçi Qreyi fərqləndirib. Baş məşqçinin “Qarabağ”la görüşdə də heyəti yay fasiləsində transfer edilən bu gənclərin ətrafında toplaması gözlənilir.

Qeyd edək ki, “Tottenhem”lə “Qarabağ” arasında oyun sentyabrın 26-da Londonda keçiriləcək.

Shares: