İdman gimnastikası üzrə yeddiqat olimpiya çempionu, amerikalı Simona Bayls Amerikanın məşhur “Sports Illustrated” jurnalının versiyasına görə, 2024-cü ildə idmanda ən nüfuzlu 50 adamın siyahısına daxil edilib.
“Təbəssüm bəlkə də Simona Baylsı başqa sözlərdən daha çox təsvir edir. Əvvəllər sanki gimnastları küncə sıxışdırıb deyirdilər: “Əgər ciddi olmasan, uğur qazana bilməyəcəksən. Uşaq vaxtı millinin təlim-məşq bazasında heç kim danışmırdı, gülmürdü. Amma düşündüm ki, bu mənim xasiyyətimə uyğun deyil. Mən yüksək səslə gülərək gimnastika ilə məşğul olmağa davam edib qələbə qazanacağam, çünki mən bu idmana aşiqəm”, – deyə olimpiya çempionu bildirib.
27 yaşlı gimnastın 11 olimpiya medalı var. Bu da Amerika gimnastikası tarixində ən yüksək nəticə deməkdir.