“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Ayaks” Niderland çempionatında növbəti oyuna çıxıb.

Futbolinfo.az xəbər verir ki, Amsterdam təmsilçisi 3-cü turdan təxirə salınmış oyunda “Fortuna Sittard” ilə qarşılaşıb. Matç “Ayaks”ın darmadağını ilə başa çatıb.

“Ayaks” 5 turdan sonra 6 xalla turnir cədvəlində 7-ci sıradadır. Komandanın ehtiyatda daha iki oyunu var.

“Qarabağ” – “Ayaks” oyunu oktyabrın 24-də baş tutacaq.

Niderland Erediviziyası
3-cü turdan təxirə salınmış oyun

Ayaks – Fortuna Sittard 5:0
Qollar: K.Teylor, 9, B.Traore, 24, Y.Bass, 58, D.Renş, 71, Ç.Akpom, 87

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp