Azərbaycan avarçəkənləri bu gün Macarıstanın Seqed şəhərində start götürəcək kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq turnirində iştirak edəcəklər.

Futbolinfo.az xəbər verir ki, Amil Ramazanov, Əlimurad Hacızadə, Niyaz Məlikov və Elvin Əliyev kayak, Cavid Vəlizadə isə kanoe növündə mübarizə aparacaq.

Onlara böyük məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudz rəhbərlik edəcəklər.

Yarış sentyabrın 22-də başa çatacaq.

Shares: