“Kəpəz”in yeni transferi Dioqo Verdaska Gəncə klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı müdafiəçi klubun rəsmi saytına açıqlama verib.

27 yaşlı oyunçu azarkeşlərin sevimlisi olmaq istədiyini deyib:

“Burada olduğum üçün çox xoşbəxtəm. Bir az da həyəcanım var. Bütün gücümü ortaya qoyub komandama kömək etmək istəyirəm. Qarşıdakı oyunlarda bacarığımı göstərmək üçün çox çalışacağam. Azərbaycanda bir çox portuqaliyalı futbolçunun çıxış etməsindən xəbərdaram. “Kəpəz”də də həmyerlilərim oynayır. Ötən mövsüm Gəncədə forma geyinən İqor Rodriqesin azarkeşlər tərəfindən necə sevilməsindən xəbərdaram. Bunu qarşılanmağımdan hiss etdim. Mən və indiki komanda yoldaşlarım da bu sevgini qazanmaq istəyirik. Bunun üçün də dayanmadan məşq edəcəyik”.

O, millinin baş məşqçisi Fernandu Santuş barədə də danışıb:

“Portuqaliyalıların “Kəpəz”də özünü ən yaxşı tərəfdən göstərməsi mənim üçün qürurvericidir. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş da portuqaliyalıdır. Onun burada olması da xoşdur. Təcrübəli mütəxəssisdir, yığmanıza köməyi dəyə bilər”.

Shares: