Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Futbolinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutacaq.

Sentyabrın 30-da təşkil ediləcək tədbir saat 15:00-da başlanacaq.

Ölkə kubokunun yeni mövsümündə Misli Premyer Liqası, I Liqa və II Liqanın bütün klubları iştirak edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp