Milli Basketbol Assosiasiyasının “Minnesota Timbervuls” klubunda basketbol əməliyyatları üzrə icraçı vitse-prezident postunda çalışan 42 yaşlı Saçin Qupta İngiltərə Premyer Liqasının komandası “Çelsi”yə qoşulmaq üçün vəzifəsini  tərk edib.

Məlumata görə, Saçin Qupta London klubunda yüksək vəzifə tutacaq. Qupta beş il idi ki, Minnesota komandasında işləyirdi.

Hazırda Quptanın klubda hansı “əhəmiyyətli mövqe” tutacağı barədə heç bir məlumat yoxdur.

Saçin Minnesotaya qədər 2006-2013-cü illərdə “Hyuston Rokets”in tanınmış baş meneceri Darel Morinin xüsusi məsləhətçisi vəzifəsində çalışıb. Qupta 2014-cü ildən 2016-cı ilə qədər “Filadelfiya Siksers”in vitse-prezidenti işləyib. 2017-2018-ci illərdə yenidən Morinin xüsusi məsləhətçisi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp