İspan tennisçisi, dünyanın üç nömrəsi Karlos Alkaras və ATP reytinqində 32-ci olan italiyalı Flavio Kobolli Almaniya Bundesliqasında çıxış edən “Union” futbol klubunun qonağı olub.

İdmançılar birgə fotosessiya etdikdən sonra topla məşq edib, mini meydançada ekspromt tennis oyunu oynayıblar. Alkaraz və Kobolliyə “Union” klubunun tennisçilərin adları yazılmış forması hədiyyə edilib.

Xatırladaq ki, sentyabrın 20-dən 22-dək Berlində “Laver Cup 2024” tennis turniri keçiriləcək və bu turnirdə dünya və Avropa komandaları üz-üzə gələcək. Avropa komandasına bolqar Qriqor Dimitrov, rusiyalı Daniil Medvedev, ispan Karlos Alkaras, alman Aleksandr Zverev, norveçli Kasper Ruud və yunanıstanlı Stefanos Tsitsipas daxildir. Dünya komandasının heyətində amerikalılar Teylor Fritz, Ben Şelton və Frensis Tiafo, çilili Alexandro Tabilo, avstraliyalı Tanasi Kokkinakis və argentinalı Fransisko Çerundolo çıxış edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp