“McLaren” Formula 1 üzrə Sinqapur qran-prisində xüsusi rənglərdə yarışacaq. Bunun üçün xüsusi dizayn hazırlanıb.

Bakıdakı yarışda lder olan komanda 1981-1996-cı illərdəki dizaynlara istinad edən “Əfsanənin yenidən doğulması” adlı liveriyanı təqdim edib. O zaman “McLaren” qırmızı və ağ rənglərdən istifadə edirdi. Bu dəfə isə qırmızının yerini ənənəvi narıncı çaları tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp