“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına müsahibəsində Albaniyanın “Elbasani” klubunun sükanı arxasına keçməsini dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, 59 yaşlı mütəxəssis bu seçiminə görə peşman olmadığını bildirib.
İtaliyalı çalışdırıcı hətta Azərbaycan futbolu barədə də fikir bildirib: “Albaniya futbolu inkişafdadır, bu sahə genişlənir. Franko Lerda və Andrea Aqostinelli kimi italyanlar da bura gəliblər. “Elbasani”ni seçdiyim üçün şadam. Öyrənməyə və təcrübə toplamağa davam edirəm. Başqa ölkələrdə elə bilirlər ki, albanlar təşkilatlanmamış komandalardır. Ancaq həm burada, həm də əvvəllər çalışdığım Azərbaycanda bu baxımdan bacarıq var”.
Qeyd edək ki, Roberto Bordin 2018-2020-ci illərdə “Neftçi”yə rəhbərlik edib.