Çempionlar Liqasında Liqa mərhələsinin I turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Siyahıda 4 oyunçu yer alıb. Onlardan üçü Almaniya təmsilçilərinin üzvləridir. Bunlar “Bayern”dən Harri Keyn, “Bayer”dən Florian Virts, “Borussiya”dan (Dortmund) Ceymi Bayno-Qittens və “Atletiko”dan Antuan Qrizmanndır.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.