“Arsenal”ın hücumçusu Rahim Sterlinq UEFA Çempionlar Liqasında 4 fərqli klubda oynayan ilk ingiltərəli futbolçu olub. O, bunu Liqa mərhələsinin 1-ci turunda İtaliya təmsilçisi “Atalanta”ya qarşı oyunda reallaşdırıb.
Müdafiəçi “Arsenal”a qədər “Liverpul”, “Mançester Siti” və “Çelsi” klublarının da heyətində sözügedən turnirdə çıxış edib.
Qeyd edək ki, İtaliyada keçirilən görüş 0:0 hesabı ilə yekunlaşıb.