Norveçli qrossmeyster Maqnus Karlsen bütün dövrlərin ən yaxşı şahmatçısı mükafatını alarkən rusları və belarusları FİDE-nin bayrağı altında keçirilən yarışlara buraxmamağa çağırıb.

“Mən FİDE-nin tərkibinə Rusiya və Belarus şahmat federasiyalarının geri qaytarılmasını məsləhət bilməzdim”, – deyə sabiq dünya çempionu qeyd edib.

Xatırladaq ki,  rusların və belarusların FİDE-nin himayəsi altında keçirilən yarışlara tam şəkildə qayıtmasını məsələsinə təşkilatın sentyabrın 21-dən 22-dək Budapeştdə keçiriləcək Baş Assambleyasında baxılacaq.

Shares: