2025-ci ildə “Brilyant Liqa” turnirinin mükafat fondu 9,240,000 dollara çatacaq. Turnirin 2010-cu ildə yaranmasından bəri bu, ən yüksək məbləğdir. Bu barədə Ümumdünya Atletika Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Seriyanın hər mərhələsi üçün ümumi mükafat fondunun 500 000 ABŞ dolları təşkil edəcəyi dəqiqləşib. Yarışın finalında 2,24 milyon ABŞ dolları məbləğində mükafat veriləcək.

Xatırladaq ki, yeni mövsümdə “Brilyant Liqa”nın 14 mərhələsi olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp