Dünyanın bir nömrəli tennisçisi Yannik Sinner 2026-cı il fevralın 6-dan 22-dək Milanda keçiriləcək Qış Olimpiya Oyunlarının səfiri elan edilib.

“Milandakı Olimpiya Oyunlarının bir hissəsi olmaq mənim üçün böyük şərəfdir”, – deyə bununla əlaqədar tennisçi bildirib.

Xatırladaq ki, Sinner Parisdə keçirilən 2024-cü il Olimpiadasında iştirak etməyib. İtaliyalı atlet yüksək temperatur səbəbindən Fransa paytaxtına uça bilməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp