Bu gecə Qadınların Milli Basketbol Assosiasiyasının (WNBA) müntəzəm mövsümünün növbəti oyunu baş tutub. Bu oyunda “Vaşinqton Mistiks” “İndiana Fever”i qəbul edib. Oyun 92:91 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Bu görüşdə azarkeş sayına görə Şimali Amerika Basketbol Liqasının yeni rekordu qeydə alınıb. Qarşılaşmanı 20 711 tamaşaçı arenadan izləyib. Xatırladaq ki, qonaq komandanın heyətində hazırda liqanın ən məşhur basketbolçusu Keytlin Klark çıxış edir.

Qeyd edək ki, “Nyu York Liberti” 32 qələbə və 8 məğlubiyyətlə cədvəldə birinci yerdədir. “Minnesota Lynx” 30 qələbə və 10 məğlubiyyətlə ikincidir.

Shares: